İraqlı deputat: ABŞ-ın son hücumu zamanı itki olmadı

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, ABŞ-ın Suriya və İraq sərhədində yerləşən obyektə endirdiyi hava zərbəsi nəticəsində dünyasını dəyişən olmayıb, zərbə anbara endirilib.

Bu barədə İraq parlamentinin təhlükəsizlik və müdafiə üzrə komisədinin üzvü Qatı ər-Rəqabi bildirib.

“Biz ABŞ hücumu ilə bağlı öz təəccübümüzü ifadə edirik. “Həşdi Şabi” qüvvələrinə endirilən zərbə yeni hal deyil”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, sözügedən zərbə boş obyektə – anbara endirilib.

“Onlar (amerikalılar – red.) güman edirdilər ki, orada “Həşdi Şabi” qüvvələri var. Allaha şükür ki, itki olmayıb”, – deyə ər-Rəqabi əlavə edib.

O, ABŞ-ın hücumunu pisləyib və qeyd edib ki, “Həşdi Şabi” İraq hökumətinə tabe olan müntəzəm qüvvələrdir.

“İraq təhlükəsizlik qüvvələri və “Həşdi Şabi”-ni bir-birindən ayırmaq lazım deyil”, – deyə o bildirib.

Xatırladaq ki, ABŞ gecə saatlarında Suriya ərazisinə hava zərbəsi endirib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş