Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanın Zuqdidi (Sameqrelo – Zemo Svaneti regionu) şəhərinin mərkəzində qızıl birjası qarət edilib.
Ticarət mərkəzinin əməkdaşlarından birinin sözlərinə görə, ora iki nəfər daxil olub. Ehtimala görə, onlar silahlı olublar. Lakin atəş açılmayıb.
Cinayətkarlar hadisə yerindən qaçaraq gizləniblər. Hazırda cinayətin baş verdiyi əraziyə hüquq-mühafizə əməkdaşları və ekspert-kriminalistlər səfərbər edilib.
Bu məqaləni paylaş