
Az.shafaqna.com “ParsToday”-a istinadən xəbər verir ki, İraqın Xalq Səfərbərlik Qüvvələri olan “Həşdi Şabi” ötən gün axşam saatlarında İŞİD terrorçularının Samərra şəhərinə hücum cəhdinin qarşısını alıb.
Təşkilatın bəyanatında deyilir ki, 41-ci briqadanın qüvvələri terrorçuların hücumunu dəf edərək onları qaçmağa məcbur edib.
Həmçinin İraqın “Bəsic” qüvvələri ötən gün İŞİD terror təşkilatının Mosul şəhərindəki liderini də məhv edib.






























