Akar S-400 ilə bağlı tətbiq edilən sanksiyalar haqda

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ sanksiyaları haqda danışıb.

O deyib ki, Vaşinqtonun Rusiyadan S-400 zenit-raket komplekslərinin (ZRK) alışı bəhanəsi ilə Ankaraya tətbiq etdiyi məhdudiyyətlər, o cümlədən də F-35 ilə bağlı məhdudiyyətlər Türkiyə ilə müttəfiqlik ruhiyyəsinə uyğun deyil.

O qeyd edib ki, ölkəsi ehtiyac yarandığı halda S-400-dən istifadə edəcək – təhdidlərdən müdafiə məqsədi ilə.

Bu məqaləni paylaş