İlon Mask bir gündə 14 milyard dollar itirdi

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, “SpaceX” və “Tesla” şirkətlərinin başçısı İlon Maskın sərvəti sutka ərzində təxminən 14 milyard dollar azalıb. Bu, “Tesla” səhmlərinin çöküşünün fonunda baş verib.

Bu barədə “Bloomberg Billionaires Index” məlumat verib.

Qeyd edilir ki, Maskın var-dövləti 13,6 milyard dollar azalaraq 176 milyard dollar olub. Bununla belə, o, əvvəlkitək dünyanın ikinci ən varlı insanıdır.

Eyni zamanda “Amazon” qurucusu Ceff Bezosun sərvəti də 5,55 milyard dollar azalaraq 180 milyard dollar olub. Ceff isə dünyanın 1-ci ən varlı insanı statusunu saxlamaqdadır.

Qeyd edək ki, ötən gün “Tesla” səhmlərini qiyməti 8,06% azalaraq 682,22 dollar olub. Artıq bir neçə həftədir həmin səhmlər dəyər itirməyə davam edir və təkcə bu həftənin əvvəlindən 12,7% ucuzlaşıb

Bu məqaləni paylaş