REUTERS

Az.shafaqna.com “Kommersant”-a istinadən xəbər verir ki, Ukraynan Lutsk şəhərində içərisində 20 nəfər olan avtobus girov götürülüb.

Polisin məlumatına görə, girov götürən şəxsin silahı və partlayıcısı var.

Vəziyyət Ukrayna prezidenti Vladimir Zelenskinin şəxsi nəzarətinə götürülüb.

Bildirilir ki, həmin şəxs özü polisə zəng edərək özü Maksim Ploxoy kimi təqdim edib və bildirib ki, avtobusa partlayıcı yerləşdirib.

(Caninin bu cür göründüyü ehtimal edilir)

Polis cinayətkarla daınşıqlar aparır. O, “mövcud sistemlə” bağlı narazılığını ifadə edib, girovları azad etməkdən imtina edib və hüquq-mühafizəçiləri istiqamətində atəş açıb.

Ölən və ya yaralananların olması barədə məlumat verilməyib. Caninin tələbləri hələ bəlli deyil.

Bölgədə “Girov” əməliyyat planı tətbiq edilib, şəhərin mərkəzinə giriş-çıxış qapadılıb.

(Aşağıdakı videonun caniyə aid olduğu ehtimal edilir)