Azərbaycanda koronavirus statistikası, faizlər

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Az.shafaqna.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 770 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 299 nəfər müalicə olunaraq sağalıb, 3 209 nəfər vəfat edib, aktiv xəstə sayı 2 262 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 438, ötən müddət ərzində isə ümumilikdə 2 576 454 test aparılıb.

Shafaqna Agentliyi:
Shafaqna Agentliyi:

Bu günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi yoluxanların  97.66 faizi sağalıb,  0.97 faiz isə aktiv xəstə var. Ölkə üzrə  ümumi yoluxanların – yəni  233770 nəfərin 1.37 faizi (3 209 nəfər) dünyasını  dəyişib.

Bu məqaləni paylaş