Bu ilin yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 181 min 642,34 ton neft koksu ixrac edib.
Az.shafaqna.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə neft koksunun dəyəri 72 milyon 276,65 min ABŞ dolları təşkil edib.
Bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə müvafiq olaraq 1,4 dəfə və 1,9 dəfə çoxdur.
Ötən 8 ay ərzində neft koksunun ölkənin ümumi ixracında payı 0,33 % olub.
Bu məqaləni paylaş