Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda görüş keçirməsi planlaşdırılır.
“Az.shafaqna.com” xəbər verir ki, bu barədə Ararat Mirzoyan bildirib.
Ermənistan XİN başçısı bildirib ki, görüşün keçirilməsi ilə bağlı hələlik yekun razılıq əldə olunmayıb və görüşün baş tutması tərəflərin iş qrafikindən asılı olacaq.
“BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda görüşməyi planlaşdırırıq. Hələlik yekun razılaşma yoxdur, bu, qrafiklərdən asılıdır”, – Mirzoyan qeyd edib.
Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında fəaliyyətə başlayıb. Sessiyanın əsas tədbirlərindən biri olan yüksək səviyyəli həftə sentyabrın 22-də start götürəcək. Həmin müddətdə dövlət və hökumət başçıları Baş Assambleyada çıxış edəcəklər.