İranın böyük ticari nümayəndə heyəti Rusiyada səfərdədir

İranın 18 əyalətini təmsil edən 300-dən çox iş adamı iki beynəlxalq sərgidə iştirak etmək məqsədilə Rusiyaya səfər edib.

Az.shafaqna.com IRNA-ya istinadən xəbər verir ki, Rusiya tərəfinin nümayəndələri İranın balıqçılıq və baytarlıq qurumlarının rəhbərləri ilə görüş keçirərək iki ölkə arasında ticarət dövriyyəsinin genişləndirilməsi üçün mümkün praktiki addımları müzakirə ediblər.

Məlumata əsasən, sözügedən beynəlxalq qida sərgisi sentyabrın 14-dən 17-dək Moskvada, Beynəlxalq Balıqçılıq və Akvakultura Sərgisi isə sentyabrın 15-dən 17-dək Sankt-Peterburqda təşkil olunacaq.

Qeyd edilib ki, iranlı iş adamlarından ibarət nümayəndə heyəti indiyədək Rusiyaya göndərilən ən böyük ticarət heyətidir. Səfərin iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin yeni mərhələyə keçməsi və ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artırılması üçün yeni imkanlar yaradacağı gözlənilir.

Bu məqaləni paylaş