İran qarşı başladılan müharibə ABŞ ordusunda sursat çatışmazlığına səbəb olub.
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Müharibə Nazirliyinin (Pentaqon) baş inspektoru etiraf edib.
O, Konqresə təqdim etdiyi hesabatda bildirib ki, fevralın 28-dən iyunun 30-dək İrana qarşı müharibəyə 33,4 milyard dollar xərclənib. Bu məbləğin 22,3 milyard dolları istifadə edilmiş sursatlara sərf olunub.
O deyib ki, bu müharibə ehtiyatların strateji çatışmazlığına gətirib çıxarıb və onların yenidən doldurulması çətinləşib, hərbi sənayedəki zəif nöqtələr üzə çıxıb.
Bundan əvvəl CNN ABŞ ordusunda uzaqmənzilli raketlərin, eləcə də hava hücumundan müdafiə raketlərinin çatışmadığını bildirmişdi. Telekanal qeyd edib ki, ABŞ THAAD raketdən müdafiə sisteminin demək olar ki, 80 faiz “tutucu raketini” sərf edib.
ABŞ ordusunun ehtiyatının azalmasını sübut edən digər faktor isə – müharibənin ilk günləri və sonrasındakı intensivlikdir. Müharibənin ilk 24 saatı ərzində ABŞ 1000 raket atıb. Lakin sonra belə genişmiqyaslı hücumlar olmayıb.
Müstəqil ekspertlər bildirirlər ki, ABŞ öz itkilərini, ölən əsgərlərinin, məhv edilən hərbi texnikalarının, o cümlədən də hərbi təyyarələrinin, qırıcılarının sayını gizlədir və real rəqəmləri açıqlamır. Həmçinin İsrail də bu müharibədə ağır itkilər verib, sursat arsenalında ciddi çatışmazlıq baş verib.
Bundan əlavə, müharibə zamanı İran cavab olaraq o cümlədən də ABŞ-ın Bəhreyndə yerləşən əsas regional logistika mərkəzinə də zərbələr endirib. Küveyt, Bəhreyn, Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı, Oman, İraq və İordaniyada ABŞ hərbi bazalarında yerləşən yüzlərlə tikili və struktur İran tərəfindən məhv edilib.
HƏMÇİNİN OXU: