Suriyanın bir sıra ərazilərində dizel yanacağının qiymətinin kəskin yüksəldilməsindən sonra etiraz aksiyaları səngimək bilmir.
Az.shafaqna.com xəbər verir ki, narazı sakinlər yolları bağlayır, təkərlər yandırır və neft emalı müəssisələrinə yanacaq aparan yük maşınlarının hərəkətinə mane olurlar.
Suriya hakimiyyəti ötən həftəsonu dizelin qiymətini 40 faiz artıraraq bir litri 175 Suriya funtu (1,32 ABŞ dolları) səviyyəsinə qaldırıb. Qərardan sonra ölkənin müxtəlif bölgələrində etirazlar başlayıb.
Nümayişçilər paytaxt Dəməşqi ölkənin əsas sənaye mərkəzlərindən biri olan Hələb ilə birləşdirən magistral yolu bağlayıblar. Bundan əlavə, Suriyanın mərkəzində yerləşən neft emalı zavodlarına xam neft daşıyan sisternlərdən ibarət karvanların yolunu kəsiblər.
Etirazçılar dizel yanacağının əvvəlki qiymətinə qaytarılmasını tələb edirlər. Aksiyaların bəzi iştirakçıları isə energetika və iqtisadiyyat nazirlərinin, eləcə də Suriya Neft Şirkətinin rəhbərinin vəzifədən azad edilməsini istəyirlər.