Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ-nin etibarlı tərəfdaşıdır.
Az.shafaqna.com xəbər verir ki, bu barədə prezident köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“ABŞ və Azərbaycan arasında strateji dostluq, əməkdaşlıq və tərəfdaşlıq möhkəm əsasa malikdir və bunlar geosiyasi əhəmiyyətə malik olan regionda inkişaf etməyə davam edəcək. Azərbaycan Birləşmiş Ştatların etibarlı və etimada layiq tərəfdaşı olaraq qalır”.
Bu məqaləni paylaş