Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı İsrail və Britaniyadan kömək istəyir.
Bildirilir ki, krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ vasitəsilə İsrailə müraciət edərək kəşfiyyat və digər digər yardımların göstərilməsini istəyib.
Bundan başqa, ər-Riyad Londondan da dəstək, o cümlədən də hərbi yardım istəyib. Britaniyanın Səudiyyəyə hərbi məshələtçilər göndərdiyi bildirilib.
Qeyd edək ki, Səudiyyənin bu çağırışları Yəmən ordusunun (“Ənsarullah” hərəkatı, husilər) Səudiyyə dəstəkli qrupları məhv edərək ölkənin cənub-qərb bölgəsində, həmçinin dünya iqtisadiyyatı üçün strateji əhəmiyyətli Bab əl-Məndəb boğazı üzərində nəzarəti bərpa etməsinin, həmçinin Yəmən ordusunun cavab olaraq Səudiyyə Ərəbistanının hərbi bazaları və strateji neft obyektləri və kəmərlərinə ağır zərbələr endirməsinin fonunda baş verib. Yəmən tərəfi Səudiyyə Ərəbistanının neft hasilatı və ixracı potensialına ciddi zərər vurub.
Xatırladaq ki, Yəmən ordusunun hərbi əməliyyatlarından birinin hədəfi Səudiyyədəki “Şərq-Qərb” neft kəməri olub. Ağır zərbələrin nəticəsində bu xətt öz fəaliyyətini dayandırıb. İranın Hörmüz boğazını bağlamasından sonra Səudiyyə bu kəmər vasitəsilə krallığın şərqində hasil edilən nefti ölkənin qərbinə – Qırmızı dəniz sahilindəki Yanbu limanına daşıyırdı, oradan da ixrac edirdi. Bu kəmərin gündəlik ötürücülük qabiliyyəti 7 milyon barel olaraq qiymətləndirilir