Bu şəxslərə dünyanın ən hündür dağına qalxmaq qadağan ediləcək

Yüksək dağlarda alpinizm təcrübəsi olmayan şəxslərin Everest zirvəsinə qalxmasına məhdudiyyət qoyulması nəzərdə tutulur.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bunu Nepal Alpinizm Assosiasiyasının baş katibi Rajendra Lama açıqlayıb.

Onun sözlərinə əsasən, hazırlanmaqda olan yeni qanun layihəsində əsas dəyişikliklərdən biri Everestə qalxmaq istəyən alpinistlərin bundan əvvəl yüksək dağlarda müəyyən alpinizm təcrübəsi qazanmasının məcburi şərt kimi müəyyənləşdirilməsidir.

Rajendra Lama bildirib ki, bu tələbin tətbiqində məqsəd alpinistlərin dünyanın ən yüksək və texniki baxımdan mürəkkəb kommersiya ekspedisiyalarından birinə qoşulmazdan əvvəl yüksək hündürlük şəraitində kifayət qədər hazırlıq və təcrübəyə sahib olmalarını təmin etməkdir.

Qanun layihəsinin digər müddəaları isə hazırda hazırlanır və yekunlaşdırılmayıb.

Bu məqaləni paylaş