Nepalda Çin sərhədi yaxınlığında baş verən güclü torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 1 396 nəfərə yüksəlib.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Nepal hakimiyyəti məlumat yayıb.
Bundan əvvəl təbii fəlakət nəticəsində 1 386 nəfərin öldüyü açıqlanmışdı. Hazırda 5 100-dən çox şəxsin taleyindən xəbər yoxdur.
Təbii fəlakət avqustun 16-da səhər saatlarında Nepalın şimalında baş verən qar uçqunu ilə başlayıb. Güclü qaya və torpaq kütləsi çayın yatağı boyunca saatda yüksək sürətlə 70 kilometrdən artıq məsafə qət edib və nəticədə geniş ərazilər su altında qalıb.
Fəlakətin Çində də ciddi nəticələrə səbəb olduğu bildirilir. Burada 43 nəfər həyatını itirib, 519 nəfər isə itkin hesab olunur.
Bu məqaləni paylaş