Az.shafaqna.com xəbər verir ki, əmtəə birjalarında qızıl və gümüş üzrə fyuçers müqavilələrinin qiymətində azalma qeydə alınıb.
Birja məlumatlarına əsasən, COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin dekabr ayına olan fyuçerslərinin qiyməti 0,15% geriləyərək 4 345,5 ABŞ dollarına düşüb.
Gümüş üzrə analoji göstəricidə də azalma müşahidə olunub. Belə ki, COMEX-də 2026-cı ilin dekabrında tədarükü nəzərdə tutulan gümüşün bir unsiyası üzrə fyuçerslərin qiyməti 0,43% azalaraq 63,87 ABŞ dolları təşkil edib.
Bu məqaləni paylaş