Az.shafaqna.com “Islam Today”-a istinadən xəbər verir ki, 2020-ci ildə İsrail əsgər və polisləri azı 47 dinc fələstinlini qətlə yetirib.
Bu barədə BMT-in işğal altındakı Fələstin ərazilərində insan haqları üzrə Ali Komissarının məruzəsində deyilir.
“İsrail təhlükəsizlik qüvvələri 67 fələstinlini (64 kişi və 3 qadın) qətlə yetirib. Həmin insanların 47-si mülki şəxslərdir və onlardan da 16-sı uşaqdır”, – deyə qeyd edilib.
Bundan başqa İsrail əsgər və polisləri tərəfindən 3 678 fələstinli də yaralanıb.
BMT İsrailin qeyri-insani hərəkətləri ilə bağlı narahatlığını bildirib.
Bu məqaləni paylaş