Bakının bir sıra küçələrində qaz təchizatında fasilə olacaq

Az.shafaqna.com-un verdiyi xəbərə görə, sentyabrın 15-də Bakının Yasamal rayonunda bir sıra küçələrdə qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bu barədə Azəriqaz İB məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək M. İbrahimov, L. Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli və T. Xəlilbəyli küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bu məqaləni paylaş