İraq prezidenti: İŞİD-lə mübarizə davam etməlidir

İraq prezidenti Bərham Saleh ölkənin və ABŞ-ın daimi olaraq xarici qüvvələrin mövcudluğunu istəmədiklərini və terror təşkilatı İŞİD ilə mübarizənin davam etdirilməsinin vacibliyini bildirib.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, ABŞ-da “Brookings” institutunun “Orta Şərq və Yeni ABŞ İdarəçiliyi” başlıqlı onlayn konfransına qatılan Saleh terror təşkilatı DEAŞ-a qarşı vəzifənin hələ tamamlanmadığını, Suriyada terror yuvalarının olduğunu və terrora qarşı mübarizənin davam etməsinin vabic olduğunu vurğulayıb.

Saleh “İraq və ABŞ hökumətləri ölkədə daimi olaraq xarici qüvvələrin qalmasını istəmir”, – deyib.

İranla münasibətlərin İraqın və qonşularının sabitliyinə gətirib çıxaracağına ümid etdiyini qeyd edən Saleh ölkəsinin “üçüncü qüvvələrin güc savaşına səhnə olduğunu” açıqlayıb.

Ölkəsinin Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə əlaqələrini gücləndirmək üçün cəhd etdiyinə diqqət çəkən Saleh İraqın bölgədə əhəmiyyətli rol oynaya biləcəyini qeyd edib.

Qeyd edək ki, DEAŞ-a qarşı ABŞ-ın başçılığında qurulan koalisiyanın İraqda 2 min 500-ü ABŞ əsgəri olmaqla 3 min əsgəri var.

Bu məqaləni paylaş