Gela (Geka) Geladze Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsini tərk edib.
Az.shafaqna.com xəbər verir ki, bu barədə xidmətin rəsmi saytında yayımlanan məktubda məlumat verilib.
Xatırladaq ki, Gürcüstan parlamenti aprelin 28-də Gela Geladzenin Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsinə təyin olunmasını təsdiqləyib. Bu təyinatadək Geladze Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinin müavini olub, həmçinin 2025-ci ilin mayında Gürcüstan Daxili İşlər Nazirliyinə rəhbərlik edib.
“Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsini tərk etmək qərarına gəldim. Siyasi komanda ilə məsləhətləşmələrdən sonra fəaliyyətimi başqa bir qurumda davam etdirəcəyəm və bundan sonra da tam məsuliyyətlə ölkəmizin və cəmiyyətimizin maraqlarına xidmət edəcəyəm”, – deyə Geladze yazıb.
Qeyd edək ki, Gürcüstanın keçmiş daxili işlər naziri Gela Geladze ixtisasca hüquqşünasdır. O, əmək fəaliyyətinə Gürcüstan Baş Prokurorluğunda başlayıb. Geladze 1999–2001-ci illərdə burada əvvəlcə stajçı, daha sonra isə Gürcüstan Daxili İşlər Nazirliyinin Vake-Saburtalo rayon istintaq şöbəsində müstəntiq köməkçisi vəzifəsində çalışıb.