İslam Respublikasının öz müsəlman qonşuları ilə problemləri yoxdur.
Az.shafaqna.com “PressTV”-yə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian bildirib.
O, qonşu müsəlman ölkələrlə əlaqələrin möhkəmlədilməsinin əhəmiyyətini vurğulayaraq deyib ki, rəsmi Tehran bu münasibətləri məntiqi və güclü şəkildə inkişaf etdirməyə davam edəcək.
Lakin, Pezeşkian əlavə edib ki, ABŞ müsəlman ölkələrinin bir-biriləri ilə düşmən olmalarını istəyir.
“Regiondakı alovlanmalar Avropa və Amerikanın hegemon yanaşmasının, həmçinin İsrailin törətdiyi cinayətlərin nəticəsidir“, – deyə o qeyd edib və həmin xarici qüvvələrin regionda müstəqil ölkələrin olmasını istəmədiyini bildirib.
ABŞ və İsrailin İrana qarşı başlatdığı təcavüzkar müharibəsini xatırladan Pezeşkian deyib: “Onlar heç bir səbəb olmadan bizim ölkəmizə hücum etdilər, liderimizi, uşaqları, komandirləri və alimlərimizi qətlə yetirdilər“.
O, qonşu ölkələrin ərazisindən İrana edilən hücumlara işarə edərək qeyd edib ki, bunun müqabilində İranın özünü qoruyub müdafiə etməkdən və həmin ölkələrdəki ABŞ hərbi bazalarınaa və maraq obyektlərinə zərbələr endirməkdən başqa yolu qalmayıb
Pezeşkian regional təhlükəsizliyə istənilən xarici müdaxiləni yolverilməz adlandıraraq bildirib ki, “bizə regionda jandarm lazım deyil” və regionun ərazi bütövlüyü və təhlükəsizliyi yalnız bölgənin öz ölkələri tərəfindən təmin edilə bilər.
O, regiondakı hadisələri xatırladaraq qeyd edib, ABŞ və müttəfiqlərinin bölgədəki mövcudluğu xilas və təhlükəsizlik mənbəyi yox, fəlakət və qan faktoruna çevrilib.