
Az.shafaqna.com “Lenta”-ya istinadən xəbər verir ki, Çeçenistan başçısı Ramzan Kadırov söhbət edərək “hansı hüquqları pozduğunu” aydınlaşdırmaq üçün ABŞ dövlət katibi Mayk Pompeonu Çeçenistana çağırıb.
Kadırov deyir ki, ABŞ-ın “qara siyahısına” əlavə edildikdən sonra gəldiyi doğma kəndində çox gözəldir.
Daha öncə Kadırov ABŞ-ın məlum qərarına əlində pulemyot olan şəkli paylaşaraq cavab verib. O, həmin şəklin altından yazıb: “Pompeo, biz döyüş qəbul edirik”.
Kadırov həmçinin təklif edib ki, təkcə onun həyat yoldaşı və 2 qızı yox, həm də 12 digər övladı da sanksiyalar siyahısına əlavə edilsin. Onun sözlərinə görə, onunla yanaşı həyat yoldaşı və övladlarının da “qara siyahıya” daxil edilməsi “dünya fitnə-fəsadçı və təxribatçılarının həqiqi yalançı simasını” göstərir.
Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo Ramzan Kadırovu insan haqlarının pozulmasında ittiham edib.
Çeçenistan parlamentinin spikeri də ABŞ-ın qərarına reaksiya verib.






























