Avropada islamofobiya hallarının artması davam edir.
Az.shafaqna.com xəbər verir ki, bu dəfə isə müsəlmanlara qarşı təxribat xarakterli hərəkət Litvada baş verib.
Belə ki, islamofob baxışlı 100-ə yaxın bayker cümə namazı vaxtı Kaunas şəhərində yerləşən məscidin ətrafında toplaşaraq oranı mühasirəyə alıblar. Təxribatçılar məsciddə ibadətlə məşğul olan yüzlərlə müsəlmanın camaat namazını pozmağa çalışıblar.
İslamofoblar bu məqsədlər motosikletlərinin yüksək səsli motorları işə salıblar, “Litva” və digər şüarları qışqırıblar. Həmçinin onlar məscid ərazisinə kəsilmiş donuz başı da gətiriblər.
Provokatorlar öz çirkin hərəkətləri ilə müsəlmanları qızışdırmağa çalışsalar da, heç nəyə nail ola bilməyib – müsəlmanlar onların təxribatlarına fikir verməyiblər. İslamofoblarla müsəlmanlar arasında heç bir toqquşma qeydə alınmayıb.
Qeyd edək ki, Litvada XIV əsrdən müsəlmanlar yaşamaqdadır.
HƏMÇİNİN OXU: Vilnüs müsəlmanlarına tarixi məscidi inşa etməyə icazə verilmir