İran daha bir ABŞ PUA-sını məhv etdi

Az.shafaqna.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) ABŞ-a məxsus pilotsuz uçuş aparatının Hörmüz boğazı üzərində vurulduğunu açıqlayıb.

SEPAH-ın məlumatına görə, “MQ-1” tipli pilotsuz uçuş aparatı İran qüvvələrinin hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

Bildirilib ki, PUA SEPAH-ın yeni hava hücumundan müdafiə sistemi vasitəsilə izlənilib və daha sonra məhv edilib.

Bu məqaləni paylaş