Suriyada yanacaq bahalaşdı: Etirazlar başladı

Suriyanın bir sıra şəhərlərində hökumətin yanacaq qiymətlərini artırmaq qərarına qarşı etiraz aksiyaları təşkil olunub.

Az.shafaqna.com xəbər verir ki, Hələb, Deyr əz-Zor, Həsəke və İdlibdə keçirilən aksiyalarda iştirakçılar yanacağın qiymətindəki artımın ləğv edilməsini tələb ediblər.

Suriyanın Energetika Nazirliyinin qərarı ilə benzinin qiyməti 28%, dizelin qiyməti 40%, məişət qaz balonlarının qiyməti isə 8,8% artırılıb. Beləliklə, dizelin bir litri 125-dən 175 Suriya lirəsinə, benzin 152-dən 195 lirəyə, məişət qaz balonu isə 147-dən 160 lirəyə bahalaşıb.

Etirazlar zamanı bəzi yollar bağlanıb, aksiya iştirakçıları təkərlər yandırıblar. Sakinlər hökumətdən yanacaq qiymətlərinin artırılması ilə bağlı qərarı yenidən nəzərdən keçirməyi istəyiblər.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş