Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərinin qiymətində eniş qeydə alınıb.
“Az.shafaqna.com”un birja məlumatlarına istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun COMEX əmtəə birjasında 2026-cı ilin dekabr ayı üzrə qızıl fyuçerslərinin dəyəri 0,89% azalaraq 4 369,8 ABŞ dollarına düşüb.
Eyni zamanda, COMEX-də gümüşün 2026-cı ilin dekabr fyuçersləri də 1,08% ucuzlaşıb. Bir unsiya gümüşün qiyməti 64,49 ABŞ dolları təşkil edib.
Bu məqaləni paylaş