Şotlandiya, Uels və Şimali İrlandiyanın hökumət rəhbərləri Böyük Britaniyadan ayrılmaq məsələsi ilə bağlı referendum keçirmək hüququnun tanınması üçün London hökumətinə müraciət etməyə hazırlaşırlar.
Az.shafaqna.com xəbər verir ki, Birləşmiş Krallığa daxil olan üç ölkənin liderlərinin görüşü sentyabrın 14-də Kardiff şəhərində baş tutacaq.
Şotlandiya Milli Partiyasının lideri Con Svinni bildirib ki, hazırda Şotlandiya, Uels və Şimali İrlandiyanın rəhbərliyində ilk dəfə olaraq müstəqillik ideyasını dəstəkləyən siyasətçilər dayanır. Onun fikrincə, bu vəziyyət mövcud siyasi modelin uzunmüddətli perspektivdə davamlı olmadığını göstərir və London Böyük Britaniyanın mümkün parçalanması ssenarisinə hazırlaşmalıdır.
Görüş zamanı liderlərin iqtisadiyyat, enerji, Avropa İttifaqı və beynəlxalq tərəfdaşlarla əlaqələr, həmçinin xalqların öz müqəddəratını müəyyən etmək hüququ kimi məsələləri əhatə edən qarşılıqlı anlaşma memorandumunu müzakirə edəcəkləri gözlənilir.
Sənəddə Şotlandiya və Uelsin müstəqillik əldə etdikdən sonra Avropa İttifaqına yeni üzvlər kimi qoşulması, Şimali İrlandiyanın isə İrlandiya Respublikası ilə birləşməsi halında Aİ-yə həmin ölkənin tərkibində daxil olması ilə bağlı müddəaların yer alması nəzərdə tutulur.