Azərbaycanda uzunqulaqların sayında azalma davam edir.
Az.shafaqna.com xəbər verir ki, buna Dövlət Statistika Komitəsinin məlumatları dəlalət edir.
Belə ki, 2026-cı ilin əvvəlinə ölkədə 10 300 baş eşşək qeydə alınmışdısa, 2025-ci ildə bu göstərici 12 700 olub. Bununla da, bir ildə eşşəklərin sayı 2 400 baş (təxminən 19 faiz) azalıb.
2024-cü ildə ölkədə 14 900, 2023-cü ildə 20 000, 2021-ci ildə isə 23 400 baş eşşək olub. 2016-cı ildə isə bu rəqəm 35 800 baş təşkil edib.
Bu məqaləni paylaş