Litvada nüvə silahlarının yerləşdirilməsi regionda təhlükəsizlik vəziyyətinin daha da gərginləşməsinə səbəb ola bilər.
Az.shafaqna.com xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Peskovun sözlərinə görə, belə bir addım atılacağı təqdirdə, yerləşdirilən nüvə silahlarının əsas istiqamətinin Rusiya olacağı şübhə doğurmur.
O bildirib ki, Rusiyaya qarşı yönəldilmiş nüvə silahlarının Litva ərazisində yerləşdirilməsi həmin ərazinin də Rusiya nüvə qüvvələri üçün potensial hədəfə çevrilməsi ilə nəticələnəcək.
Xatırladaq ki, Litva Seymi cümə axşamı ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsinə hüquqi imkan yaradacaq Konstitusiya dəyişikliyinin qəbulunu təklif edib. Sözügedən düzəlişin gələn ilin əvvəlində parlament tərəfindən qəbul edilməsi nəzərdə tutulur.