Az.shafaqna.com xəbər verir ki, İran yeraltı müəssisələrdə ballistik raketlər istehsal edir.
Bu barədə “The Wall Street Journal” yazıb.
Qəzetin ABŞ və Yaxın Şərqdəki rəsmilərə istinadən yaydığı xəbərdə bildirilir ki, Tehran yeraltı istehsal sahələrində əvvəlcədən hazırladığı komponentlərdən istifadə etməklə raketlərin yığılmasını həyata keçirir.
Məlumata əsasən, iranlı mütəxəssislər həm buraxılışdan əvvəl yanacaqla doldurulması lazım olan raketləri, həm də istifadəyə dərhal hazır vəziyyətdə olan modelləri hazırlayır.
Bununla yanaşı, İranın raket istehsalını genişləndirmək məqsədilə yeni yeraltı komplekslərin tikintisi üzərində də çalışdığı bildirilir.
Bu məqaləni paylaş