NATO qırıcıları təcili havalandı: Radarlarda… – NƏ BAŞ VERİB?

Litvada quş sürüsü həyəcana səbəb olub.

Az.shafaqna.com xəbər verir ki, bununla bağlı ölkənin Böhranların İdarə edilməsi üzrə Milli Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, səmadakı quş sürüsü radarlar tərəfindən pilotsuz uçuş aparatları (PUA) zənn edilib və buna görə də NATO qırıcıları təcili sürətdə havaya qaldırılıb.

Həyəcan tədbiri Vilnüs hava limanının işinin 40 dəqiqə yubanması səbəb olub.

Bildirilib ki, quşlar və dronlar radarlarda eyni iz buraxılar.

Əlavə edilib ki, qırıcılar havalandıqdan sonra məsələnin nə yerdə olduğunu əyani sürətdə müəyyən ediblər, ardınca isə təhlükə xəbərdarlığı ləğv edilib.

Bu məqaləni paylaş