Həm qızıl, həm də gümüş BAHALAŞIB

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərinin qiyməti yüksəlib.

“Az.shafaqna.com”un birja məlumatlarına istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun COMEX əmtəə birjasında 2026-cı ilin dekabrında çatdırılmalı qızıl fyuçerslərinin dəyəri 0,04% artaraq 4 408,9 ABŞ dollarına çatıb.

Gümüşün 2026-cı ilin dekabr fyuçersləri də 0,4% bahalaşaraq bir unsiya üçün 65,19 ABŞ dolları təşkil edib.

Bu məqaləni paylaş