Avropadakı hərbi zavodda yenidən partlayış baş verib

Az.shafaqna.com xəbər verir ki, Bolqarıstanda “Emko” şirkətinə məxsus hərbi zavodun sursat saxlanılan anbarlarında yanğın başlayıb və bir neçə partlayış baş verib.

Hadisə sentyabrın 12-nə keçən gecə Tryavna şəhəri yaxınlığında, Tsareva-Livada kəndinin ərazisində qeydə alınıb. Yerli administrasiyanın məlumatına görə, insident nəticəsində xəsarət alan olmayıb.

Təhlükəsizlik məqsədilə anbarlarda çalışan mühafizəçilər ərazidən təxliyə edilib. Yerli sakinlərin həyatı üçün təhlükə yaranmadığı bildirilib.

Hadisədən sonra Bolqarıstanın fövqəladə hallar üzrə milli xəbərdarlıq sistemi işə salınıb.

Qeyd olunur ki, bu, “Emko” hərbi müəssisəsində son bir ay ərzində baş verən ikinci partlayışdır. İlk insident avqustun 10-da Tryavna yaxınlığındakı Belitsa kəndində qeydə alınıb. İlkin məlumatlara əsasən, həmin hadisə zamanı yük maşını yanıb və sursat anbarlarından birində yanğın baş verib.

Bu məqaləni paylaş