Uqanda prezidentinin oğlu Türkiyə vətəndaşlarını ölkəni tərk etməyə çağırdı

Uqanda ordusunun Baş Qərargah rəisi Muhoozi Kainerugaba ölkəsində yaşayan bütün türkiyəlilərin tez bir şəkildə Uqandanı tərk etməli olduqlarını bildirib.

Az.shafaqna.com xəbər verir ki, Kainerugaba sentyabrın 18-də Türkiyə səfirliyinin qarşısında genişmiqyaslı etiraz aksiyası keçirəcəklərini və onlara qarşı çıxan hər kəsi “türk agenti” kimi həbs edəcəklərini açıqlayıb.

Sionist İsraili dəstəkləyən Kainerugaba iyun ayında Türkiyənin “Yapı Merkezi” şirkətinin Uqandada qazandığı 3,2 milyard ABŞ dolları dəyərində dəmir yolu tenderinin ləğv edilməsinə səbəb olmuşdu.

O, həmçinin daha öncə İran və Türkiyəni də təhdid etmişdi (OXU).

Qeyd edək ki, Kainerugaba Uqanda prezidentinin oğludur.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş