Yəməndən Səudiyyəyə SƏRT XƏBƏRDARLIQ!

Az.shafaqna.com xəbər verir ki, rəsmi Sana Səudiyyə Ərəbistanına xəbərdarlıq edib.

“Ənsarullah” hərəkatının (husilər) rəsmis Hizam əl-Əsəd Səudiyyə Ərəbistanının Yəməndəki infrastruktur, hava limanları və ya limanlara qarşı həyata keçirəcəyi hücumların eyni şəkildə cavablandırılacağını bəyan edib.

O, Səudiyyə Ərəbistanının Yəməndəki infrastruktura, hava limanlarına və ya limanlara qarşı hücumlarının “eskalasiyaya eskalasiya ilə cavab” prinsipi çərçivəsində misli ilə qarşılıq görəcəyini bildirib.

Bu xəbərdarlıq Yəmən silahlı qüvvələrinin ölkənin qərb sahilində Əl-Muha və Zubab əraziləri, həmçinin Mayun adasını ələ keçirərək Bab əl-Məndəb üzərində nəzarətini tam təmin etməsindən sonra səsləndirilib.

Bu məqaləni paylaş