2026-cı ilin yanvar-iyun aylarında Gürcüstanda qeydə alınmış boşanmaların həmin dövrdə bağlanmış nikahlara nisbəti 60,91% təşkil edib.
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanın Milli Statistika Xidmətinin (“Sakstat”) bununla bağlı məlumat yayıb.
Bu isə o deməkdir ki, hər 10 bağlanmış nikaha təxminən 6 boşanma düşüb.
2026-cı ilin birinci yarısında 10 006 nikah və 6 095 boşanma qeydə alınıb.
“Sakstat”ın məlumatlarına əsasən, ən çox nikah və eləcə də ən çox boşanma Tbilisi, İmereti və Kvemo Kartli bölgələrində qeydə alınıb.
Gürcüstanda nikahın qeydiyyata alınması olduqca sadə prosedurdur. Bunun üçün yalnız iki şahid və ərizə tələb olunur. Əlavə mərasim və rituallar olmadan həyata keçirilən qeydiyyat ödənişsizdir və ərizənin təqdim edilməsindən sonra bir neçə saatdan bir günədək vaxt aparır.
Gürcüstanda qarşılıqlı razılıq əsasında boşanma da məhkəməyə müraciət edilməsini tələb etməyən sürətli prosedurdur. Digər hallarda, o cümlədən əmlak bölgüsü və aliment təyin edilməsi məsələlərində və ya tərəflərdən birinin razı olmadığı vəziyyətlərdə boşanma məhkəmə qərarından sonra rəsmiləşdirilir.