Türkiyədə hərbi texnika aşıb, ölən və yaralananlar var

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Türkiyənin İğdır vilayətində hərbi maşının aşması nəticəsində bir hərbçi ölüb, iki nəfər yaralanıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata əsasən, hadisə yerinə təcili tibbi yardım briqadası və jandarm qrupu cəlb olunub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bu məqaləni paylaş