Az.shafaqna.com xəbər verir ki, əmtəə bazarlarında qiymətli metalların dəyərində azalma müşahidə olunub.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin dekabr ayı üçün nəzərdə tutulan fyuçers müqavilələrinin qiyməti 1,48% geriləyərək 4 342 ABŞ dollarına düşüb.
Gümüş bazarında da mənfi dinamika qeydə alınıb. Belə ki, 2026-cı ilin dekabrında çatdırılma müddəti olan gümüş fyuçerslərinin bir unsiyasının qiyməti 2,12% azalaraq 63,55 dollar təşkil edib.
Bu məqaləni paylaş