İran ABŞ-ın daha bir qabaqcıl texnikasını məhv etdi – VİDEO

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında ABŞ-a aid pilotsuz kəşfiyyat gəmisinin məhv edildiyini açıqlayıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə SEPAH HDQ-nin komandanı Sərdar Əzmayi bildirib.

Onun sözlərinə görə, ABŞ ordusunun istifadə etdiyi “Saildrone” pilotsuz kəşfiyyat gəmisi Hörmüz boğazında İran qüvvələrinin hədəfinə çevrilib.

Sərdar Əzmayi həmçinin bildirib ki, Hörmüz boğazı hazırda bağlanıb və İran qüvvələrinin kəşfiyyat nəzarəti altında saxlanılır. O, ərazidə vəziyyətin İranın “ağıllı idarəetməsi” ilə nəzarətdə olduğunu qeyd edib.

SEPAH komandanı əlavə edib ki, İran qüvvələri tərəfindən istənilən düşmənçilik xarakterli fəaliyyətə qarşı tədbir görüləcək.

Bu məqaləni paylaş