ABŞ-da yanacaq bahalaşır: Dizelin qiyməti tarixi maksimuma çatıb

ABŞ-da dizel yanacağının qiymətində kəskin artım qeydə alınıb.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da bir qallon (3,79 litr) dizelin orta satış qiyməti 6 ABŞ dollarına çataraq indiyədək qeydə alınmış ən yüksək səviyyəyə yüksəlib.

Yanacaq bazarındakı qiymət dəyişikliklərini analitik qurumun məlumatına görə, ABŞ üzrə dizelin orta qiymətinin bir qallon üçün 6 dollar olması ilk dəfə müşahidə edilir.

Məlumata əsasən, ötən ilin eyni dövründə bir qallon dizel yanacağının orta qiyməti təxminən 3,70 dollar təşkil edib. Bu isə son bir il ərzində qiymətin 2,30 dollar artması deməkdir.

Dizel yanacağı iqtisadiyyatın müxtəlif sahələri üçün mühüm enerji resurslarından biridir. Xüsusilə yük maşınları, kənd təsərrüfatı texnikası və tikinti sahəsində istifadə olunan ağır texnikanın böyük hissəsi dizellə işləyir.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş