Əlcəzairdən növbəti qərar: BƏƏ təyyarələri üçün hava məkanı qapadılır

Əlcəzair sentyabrın 11-dən etibarən Birləşmiş Ərəb Əmirliklərinə məxsus mülki və hərbi təyyarələrin ölkənin hava məkanından istifadəsini dayandıracaq.

Az.shafaqna.com xəbər verir ki, bu barədə Əlcəzair Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına əsasən, yeni qərar BƏƏ-dən Əlcəzairdə yerləşən Həvari Bumədiyen adına Beynəlxalq Hava Limanına həyata keçirilən kommersiya məqsədli mülki uçuşlara aid edilməyəcək.

Sözügedən reyslərin fəaliyyətinə tərəflər arasında bağlanmış müqavilənin müddəti başa çatanadək, yəni 2026-cı ilin sonuna qədər icazə veriləcək.

Xatırladaq ki, bundan əvvəl Əlcəzair Xarici İşlər Nazirliyi BƏƏ ilə diplomatik münasibətlərin dayandırılması barədə qərar qəbul edib. Nazirlik ikitərəfli əlaqələrin qorunması istiqamətində mümkün olan bütün addımların artıq tükəndiyini açıqlayıb.

Bu məqaləni paylaş