Azad edilmiş ərazilərdə – Qarabağda fəaliyyət göstərən məktəblərin sayı 52-yə çatdırılacaq.
“Az.shafaqna.com” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov təhsil işçilərinin sentyabr konfransında deyib.
Onun sözlərinə görə, ötən tədris ilində Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən təhsil müəssisələrinin sayı 37-yə çatdırılıb:
“Yeni tədris ilindən azad edilmiş ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin sayının 52-yə çatdırılması nəzərdə tutulur. Eyni zamanda ölkənin digər bölgələrində də yeni təhsil müəssisələri şagirdlərin istifadəsinə veriləcək. Belə ki, yeni tədris ilindən 43 yeni ümumi təhsil müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulur”.
Bu məqaləni paylaş