Az.shafaqna.com-un verdiyi xəbərə görə, Çinin Tsindao limanında təmirdə olan yük gəmisində baş verən yanğın zamanı ölənlərin sayı 25 nəfərə çatıb.
Bu barədə “Associated Press” xəbər verib.
Daha beş nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti sabit olaraq qiymətləndirilir.
Daha əvvəl 20 nəfərin həlak olduğu barədə məlumat verilmişdi.
Bu məqaləni paylaş