Suraxanı rayonunun bu küçəsində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edildi

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Paytaxtın Suraxanı rayonu, Elzar Yusubov küçəsində, “Qərib Ağa Məscidi”nin yaxınlığında təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

“Bu səbəbdən sürücülər Hövsan (MİDA) yolundan istifadə etməklə Zığ şosesi istiqamətində hərəkət edirlər. Nəticə etibarilə həm təmir, həm də bəzi sürücülərin yolun əks istiqamətinə çıxması səbəblərindən yolda nəqliyyat sıxlığı müşahidə edilir. Hazırda yol polisi əməkdaşları yaranan sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görürlər”, – deyə məlumatda qeyd olunur.

Bu məqaləni paylaş