Çexiyada benzin son dörd ilin ən yüksək qiymətinə çatıb

Çexiyada yanacağın qiyməti artmaqda davam edir. Benzinin qiyməti son dörd ildə ən yüksək səviyyəyə yüksəlib.

Az.shafaqna.com xəbər verir i, Çexiyanın CCS şirkətinin məlumatına görə, ölkədə ən çox istifadə olunan “Natural 95” benzininin 1 litrinin orta qiyməti 44,22 krona (təxminən 2,2 ABŞ dolları) çatıb. Bu, 2022-ci ilin avqustundan etibarən qeydə alınan ən yüksək göstəricidir.

Dizelin orta satış qiyməti isə hazırda 1 litr üçün 47,79 kron (təxminən 2,4 dollar) təşkil edir. Bildirilir ki, dizel sonuncu dəfə 2026-cı ilin aprelində bundan daha yüksək qiymətə satılıb.

CCS-in hesabatına əsasən, təkcə son bir həftə ərzində Çexiyada avtomobil yanacağının 1 litri orta hesabla 2 kron (təxminən 0,9 dollar) bahalaşıb. Qiymət artımı həm benzinə, həm də dizelə şamil olunur.

Bu məqaləni paylaş