Az.shafaqna.com xəbər verir ki, əmtəə bazarlarında qızıl və gümüş fyuçerslərinin qiymətləri geriləyib.
Birja məlumatlarına əsasən, Nyu-Yorkun COMEX birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti 0,16% azalaraq 4 453,5 ABŞ dollarına düşüb.
Gümüşün həmin tarix üzrə fyuçerslərinin dəyəri isə 0,77% azalaraq bir unsiya üçün 68,12 ABŞ dolları təşkil edib.
Bu məqaləni paylaş