Gürcüstandan Türkiyəyə uçan kiçik təyyarə qəzaya uğradı

Gürcüstandan havaya qalxan, göyərtəsində iki nəfərin olduğu kiçik təyyarə Türkiyənin Rizə vilayətinin sahillərində dənizə düşüb.

“Az.shafaqna.com” türk mediasına istinadən xəbər verir ki, hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır və təyyarədəki iki nəfər xilas edilib.

Məlumata görə, qəza Çayeli rayonu sahillərində baş verib.

Təyyarənin Batumidən havaya qalxdığı bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.

Bu məqaləni paylaş