Bakının Balaxanı qəsəbəsində obyektdə yanğın olub

Az.shafaqna.com-un verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə  FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş