Ermənistan ordusu Paşinyanın istefasını tələb etdi

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, işğalçı Ermənistan rejiminin baş naziri Nikol Paşinyan hesab edir ki, Baş Qərargahın onun istefasını tələb etməsi hərbi çevrliş cəhdidir.

“Baş Qərargahın bəyanatını hərbi çevriliş kimi qiymətləndirirəm”, – deyə o bildirib.

Paşinyan həmçinin bütün tərəfdarlarını Hökumət Evinin yaxınlığında yerləşən Respublika Meydanına çıxmağa səsləyib.

Bundan başqa o, canlı efirdə Ermənistan əhalisinə müraciət edəcəyini də elan edib.

Xatırladaq ki, işğalçı Ermənistan ordusu Baş Qərargahı Nikol Paşinyan və onun başçılıq etdiyi hökumətin istefasını tələb edib və onların öz funksiyalarını yerinə yetirə bilmədiyini bildirib.

Bu məqaləni paylaş